Torontoda "Delta Airlines"a məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 18-ə çatıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, qəza zamanı ölən olmayıb.
Sosial şəbəkələrdə hadisənin anbaan görüntüləri yayılıb. Həmin görüntüləri təqdim edirik:
***
07:14
Delta aviaşirkətinə məxsus təyyarə Kanadada Toronto hava limanında qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumata görə , təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olub, onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.
Onlardan biri uşaq olmaqla üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.