EN

?Nutella?nın yaradıcısı italyan kimyaçı vəfat edib

?Nutella? şokolad pastasının ?atası? italyan kimyaçı Françesko Rivella 97 yaşında dünyasını dəyişib. 1952-ci ildə Rivella innovativ şokolad məhsulları yaradan ?Ferrero? şirkətinə işə düzəlib. O, ?inqilabi? məhsulların yaradılmasında əsas rol oynayıb.

Rivella yeni məhsullar ortaya qoymaq üçün yeni xammal axtarışında çox səyahət edib. O, məhsulların keyfiyyətini təhlil edib və şirkətə innovativ dadların yaradılmasına kömək göstərib.

Françesko Rivellanın ?Ferrero?da işlədiyi müddətdə şirkət ?Mon Cherì? (1956), ?Tic Tac? (1969), ?Kinder Cioccolato? (1968), ?Kinder Sorpresa? (1974) və ?Ferrero Rocher? (1982) konfetlərini təqdim edib.

İlk olaraq texnologiya meneceri, sonra isə fundamental tədqiqatlar direktoru olan Rivella 993-cü ildə təqaüdə çıxana qədər ?Ferrero?da çalışıb.

Chosen
37
banker.az

1Sources