EN

Suriyada Əl-Qaidə liderlərindən biri öldürülüb - Tramp

ABŞ hərbçiləri Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb. 

Azreform.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.

Bildirilib ki, ABŞ qüvvələri Suriyada Əl-Qaidə üzvünə dəqiq hava zərbəsi endirib. "Terrorçu lider bütün regionda Əl-Qaidə ilə işləyirdi", - o yazıb.

Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.

Həmidə İbrahimova

Chosen
59
5
azreform.info

10Sources