Azərbaycanda saxta profillərlə çoxsaylı qadınların fotolarından ibarət söyüşlü videolar yayan şəxsin kimliyi müəyyən edilib.
Viral.az-ın “Qafqazinfo”ya istinadla əldə etdiyi məlumatına görə, polisin həyata keçirdiyi tədbirlərlə sosial şəbəkə istifadəçisi olan qadınların fotolarını icazəsiz götürərək nalayiq formada paylaşan şəxsin Masallı rayon sakini 2000-ci il təvəllüdlü H.Paşalı olması müəyyən edilib.
Onun “TikTok” sosial şəbəkəsində 5 saxta profili idarə etməsi və topladığı fotoların fonunda söyüşlü, qeyri-etik ifadələr yerləşdirərək həmin səhifələrdə yayması məlum olub.
Son Yazılar:
- Qadınları fotoları ilə təhqir edən şəxs saxlanıldı
- Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə apardı – FOTO
- Ermənistandakı Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə apardı – FOTO
Bildirilib ki, H.Paşalının əməlləri ilə bağlı bir neçə qadın polisə müraciət etdikdən sonra araşdırma aparılıb. Saxta profillərin Masallıda yaşayan şəxs tərəfindən idarə edilməsi məlum olandan sonra o, fevralın 16-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlan Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxsə 20 gün həbs cəzası verilib.