EN

“Vilayət Eyvazova müraciət etmişdim, dərhal reaksiya verildi”

Əməkdar jurnalist Afət Telmanqızının dələduzluqla üzləşməsi barədə xəbər vermişdik. Teleaparıcı evində kirayə qalan şəxsin ona məxsus mənzili qarət edərək qaçması ilə bağlı ötən gün daxili işlər naziri Vilayət Eyvazova açıq məktub ünvanlamışdı.

Daha sonra Nazirlikdən bildirilmişdi ki, Afət Telmanqızının kirayə verdiyi mənzilin əşyalarının kirayəşin tərəfindən talanması barədə daxil olan müraciət üzrə şübhəli şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Məhkəmənin qərarı ilə Aygün Cavadova 4 gün yox, 8 gün müddətinə inzibati qaydada həbsdə olub: “Hazırda şübhəli şəxs barəsində araşdırmalar davam etdirilir, onun digər qanunsuz əməlləri istisna edilmir”.

“Qafqazinfo”nun məlumatına görə, A. Telmanqızı sosial şəbəkə hesabında probleminə dərhal reaksiya verildiyinə görə DİN rəhbərinə təşəkkür edib.

“Bir neçə saat əvvəl daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilməklə, məni narahat edən halların aradan qaldırılması polis əməkdaşları tərəfindən təmin olundu. İnsanı məmnun edən dəyərlərdir, qayğıdır. Bu gün bu dəyərin, qayğının, göstərilən münasibətin bir daha şahidi oldum. Müraciətimə diqqətli yanaşıldığına görə təşəkkür edirəm!”, - deyə, o yazıb.

Qeyd edək ki, Afət Telmanqızı Şəmkir rayon sakini A.Cavadovanın yanvarın 15-dən kirayənişin kimi evinə yerləşdiyini, qısa müddət sonra kompüter, planşet, telefon və digər əşyalarını oğurladığını söyləmişdi.

Chosen
12
11
qafqazinfo.az

10Sources