EN

Rusiya Abxaziyada ermənilərdən istifadə etməyə başlayıb

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Abxaziyada Rusiya vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlayıb.

Onun sözlərinə görə, Rusiya İstintaq Komitəsinin sədri Baş İstintaq İdarəsinə Abxaziyada Rusiya vətəndaşlarının təhdidləri və hüquqlarının pozulması faktı ilə bağlı prosessual araşdırmanın təşkili barədə göstəriş verib: “Yoxlamanın gedişinə idarə rəisi şəxsən nəzarət edib”.

Petrenko bildirib ki, bir sıra KİV-lərdə Abxaziya prezidentliyinə namizədlərdən birinin maraqlarından çıxış edən şəxslərin yerli sakinlərdən, o cümlədən Rusiya vətəndaşlığını daşıyanlardan konkret siyasi qüvvələrə dəstək vermələrini tələb etməsi barədə məlumat yayıb. Eyni zamanda erməni millətindən olan həmin Abxaziya və Rusiya vətəndaşlarına qarşı zorakılıq tətbiq ediləcəyi ilə bağlı hədələr edilib: “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 12-ci maddəsinə əsasən, Rusiya Federasiyasının hüdudlarından kənarda cinayət törədən xarici vətəndaşlar, əgər cinayət Rusiya Federasiyasının vətəndaşına qarşı yönəlibsə, Rusiya qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunurlar”.

Qeyd edək ki, Abxaziyada fevralın 15-də “prezident” seçkiləri keçirilib. Rusiyanın seçkiöncəsi bölgəyə yardımları bərpa etmək və sair yollarla Badra Qunbanı “prezident” seçdirmək istəyi baş tutmayıb. O, 50+1 faiz səs toplaya bilməyib. Buna görə də martın 1-də baş tutacaq ikinci turda müxalif Abxaziya Xalq Hərəkatının namizədi Adqur Ardzinba ilə yarışacaq. Bu, Rusiya üçün arzuolunmaz nəticədir və artıq Moskva müxtəlif yollarla ikinci tur seçkilərinə müdaxilə etməyə çalışır. Ermənilərin hədələnməsi iddiaları və ardınca başladılan istintaq məhz buna hesablanıb.

Chosen
23
ictimairey.az

1Sources