EN

AÇG-nin “Mərkəzi Azəri” platformasından 1,1 milyard barel neft hasil olunub

"Mərkəzi Azəri”dən ilk neftin əldə olumasından 20 il ötür.

Bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında Çıraqdan sonra ikinci hasilat platforması olan “Mərkəzi Azəri”dən ilk neftin əldə olumasından 20 il ötür.

Operativ Media bp-nin yaydığı məlumata istinadən xəbər verir ki, “Mərkəzi Azəri” ümumilikdə 152 milyon ton (1,1 milyard barel) neftlə AÇG yatağındakı bütün platformalar arasında ən yüksək hasilat göstəricisinə malikdir.

Ötən il də “Mərkəzi Azəri” bütün əməliyyatlarına təhlükəsiz və etibarlı şəkildə davam edərək il ərzində gündəlik 97 min barel orta hasilat göstəricisi ilə AÇG platformaları arasında liderliyini saxlayıb. “Mərkəzi Azəri” hasilat, qazma və yaşayış platforması ona körpü ilə birləşmiş texniki platforma olan kompressor və suvurma qurğusu ilə birlikdə Xəzərdə ən böyük dəniz komplekslərindən biridir. Bu kompleks AÇG-dəki digər platformalara və qurğulara vacib əməliyyatlar mərkəzi kimi də xidmət edir və öz qabaqcıl texniki imkanları sayəsində bütün yataqda əməliyyatların təhlükəsiz və etibarlı aparılmasını təmin edir.

Hazırda bu kompleksdə 210-a yaxın işçi çalışır ki, onların da 96 faizi azərbaycanlı mütəxəssislərdir. Platformada hazırda ümumilikdə 43 quyu istismardadır - bunlardan 28-i hasilat, 9-u qaz injektor quyusu, 5-i suvurma və biri isə şlamların laylara vurulması üçün quyudur. “Mərkəzi Azəri” dünya səviyyəli bir dəniz obyektidir.

Chosen
31
16
operativmedia.az

10Sources