EN

Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi polis saxladı

Ağcabədi. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən müxtəlifmağazalardan oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, keçirilən tədbirlər nəticəsindəəvvəllər də eyni əmələ görə məhkum olunmuş Bəhram Yolçuyevsaxlanılıb. Onun mağazalardan etdiyi oğurluqlar müşahidə kameralarıvasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılaraq araşdırma aparılır.B.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiriseçilib.

Məqalədə:
Chosen
33
7
az.trend.az

10Sources