EN

Gəmiçilik ilə uğurla başlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə bu ilin yanvar ayı üzrə yükdaşımada artım qeydə alınıb. Statistikaya əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bütün seqmentlərdə yüksək göstəricilər əldə olunub.

Gəmiçilikdən bildirilib ki, 2024-cü ilin yanvarında 60 min 196 ton quru yük daşınmışdısa, 2025-ci ilin eyni ayında bu göstərici 180 min 506 tona yüksəlib, yəni 200,65 faiz artım baş verib. Tanker daşımalarında da müsbət dinamika müşahidə olunub. Belə ki, ötən ilin yanvarında 328 min 533 ton yük daşınmışdısa, cari ilin eyni dövründə bu rəqəm 9,38 faiz artımla 359 min 362 tona yüksəlib. 

Vaqon daşımalarında isə 2,76 faizlik artım baş verib. 2024-cü ilin yanvarında 2 min 688 vaqon, cari ilin eyni ayında 2 min 762 vaqon daşınıb. Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, keçən ilin ilk ayında 2 min 980 TIR daşınmışdısa, 2025-ci ilin yanvarında bu rəqəm 4 min 139-a çatıb. Nəticədə, 38,88 faizlik artım qeydə alınıb.

Chosen
23
1
xalqqazeti.az

10Sources