ABŞ hərbçiləri həftə sonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini öldürüb. Xəbəri ABŞ Prezidenti Donald Tramp təsdiqləyib.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə bazar ertəsi “Truth Social”-da yazıb.
“Bu həftə sonu ABŞ qüvvələri “Əl-Qaidə”nin Suriyadakı qoluna dəqiq hava zərbəsi endirib. Terrorçu lider bütün bölgədə “Əl-Qaidə” ilə əlaqədə olub”, - deyə o yazıb.
Tramp, həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.