Bakıda qaynını öldürməkdə təqsirli bilinən Həsən Həsrətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı onun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.