EN

Zurabişvili yenə hədəfdə: Bu dəfə yumurtaya tuş gəldi

Zurabişvili Münhendən qayıdandan sonra hava limanında yumurta atıb

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransından qayıdarkən Tbilisi beynəlxalq hava limanında bir qrup fəalın hədəfinə çevrilib.

KONKRET.az xəbər verir ki, bu barədə “TV Pirveli” xəbər yayıb.

Belə ki, fəallar Zurabişviliyə yumurta atıblar.

Xatırladaq ki, ötən gün naməlum şəxslər Tbilisi beynəlxalq hava limanında müxalifətçi Qaxariyanı da yumurta atəşinə tutublar.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
18
3
konkret.az

8Sources