EN

"Xızı–Abşeron" KES-də işlər sürətlə davam etdirilir - Ərazidən FOTOREPORTAJ

Bakı. Trend:

Bu gün "Xızı–Abşeron" 240 MVt-lıq külək elektrik stansiyasına(KES) mediatur təşkil olunub.

Trend-inxəbərinə görə, mediatur zamanı jurnalistlərə “Xızı-Abşeron” KES-intexniki xüsusiyyətləri, iqtisadi, sosial, ekoloji faydaları vəlayihənin ölkənin enerji hədəflərinə nail olunmasında rolu barədəgeniş məlumat verilib.

Bildirilib ki, Azərbaycanın zəngin külək enerjisi potensialı,yaşıl enerji sahəsinə olan böyük maraq və ölkəmizdə xariciinvestisiyalar üçün yaradılmış əlverişli mühit bu layihənin həyatakeçirilməsinə mühüm stimul verib.

"Xızı–Abşeron" KES-in ölkənin ümumi enerji balansında yaşılenerjinin payını əhəmiyyətli dərəcədə yüksəldəcəyi mediamənsublarının diqqətinə çatdırılıb.

Məlumat verilib ki, ilkin hesablamalara görə, stansiyada illik 1milyard kilovatt-saata yaxın elektrik enerjisi istehsal olunacaq.Bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondanartıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağavə 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkanverəcək.

Layihənin ümumi investisiya dəyərinin təqribən 340 milyon ABŞdolları təşkil etdiyi qeyd olunub.

Hazırda stansiyada hər birinin gücü 6.5 MVt olan 4 turbininquraşdırıldığı, 2025-ci il ərzində bütün turbinlərin quraşdırılmasıvə stansiyanın istismara verilməsinin gözlənildiyi bildirilib.

"Xızı–Abşeron" 240 MVt-lıq külək elektrik stansiyası ərazisindəngörüntüləri təqdim edirik:

Chosen
44
az.trend.az

1Sources