Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti postunu itirib.

Offsideplus.az xəbər verir ki, bununla bağlı MOK-un İcraiyyə Komitəsinin bu gün yeni tərkibdə keçirilən ilk iclasında qərar verilib. 

F.Qayıbovu vitse-pezident postunda güləş üzrə olimpiya çempionu Fərid Mansurov əvəzləyib.

Qurumun digər vitse-prezidentləri vəzifəsini əvvəlki kimi, Çingiz Hüseynzadə və Zemfira Meftahəddinova icra edəcək. Baş katib postuna isə yenidən Azər Əliyev seçilib.

Qeyd edək ki, bu gün MOK-un Baş Məclisinin IX hesabat-seçki konfransında dövlət başçısı İlham Əliyev növbəti 4 il müddətinə prezident postuna seçilib.