EN

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili yandırıldı

Gürcüstanın Qardabani rayonunda naməlum şəxs azərbaycanlı iş adamının həyətinə daxil olaraq avtomobilini yandırıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 4 radələrində baş verib.

Məlumata görə, iş adamı Ələzir İrzayevin həyətinə daxil olan şəxs onun avtomobilinə benzin tökərək yandırıb.

Zərərçəkən hadisəyə görə yerli kriminal avtoriteti günahlandırıb.

Faktla bağlı istintaq aparılır.

Bizim.Media

Chosen
16
6
bizim.media

7Sources