EN

Rejissorla bağlı araşdırma başlayıb

Almaniyanın paytaxtı Berlində keçirilən 75-ci Beynəlxalq Film Festivalında (Berlinale) etdiyi çıxışda fələstinlilərə qarşı soyqırımı gündəmə gətirdiyi səbəbiylə çinli rejissor Jun Li haqqında istintaq başladılıb.

"Cebheinfo.az" xəbər verir ki,  rejissor festivalda çıxışında Almaniyanı fələstinlilərə qarşı “soyqırımı” dəstəkləməkdə ittiham edib. Onun haqqında Dövlət Kriminal Polisinə bağlı Dövlət Mühafizə Polisinin araşdırma başladııb.

Festivalda çinli rejissor Jun Li Queerpanorama filmində baş rolu ifa edən iranlı aktyor Erfan Şekarrizin Fələstinlə bağlı göndərdiyi mesajı oxuyub.

Qeyd edək ki, çıxışda milyonlarla fələstinlinin Almaniya hökumətinin və Berlinale kimi mədəni tədbirlərin “Fələstin xalqının soyqırımına və vəhşicəsinə məhv edilməsinə töhfə verdiyi” ifadə edilib. 

Chosen
30
cebheinfo.az

1Sources