EN

Azərbaycanda ötən il qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun verdiyi güzəştli kreditlərin 7,5 %-i qadın sahibkarların payına düşüb.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 472 qadın sahibkarın layihələrinə 18,7 milyon manat güzəştli kredit ayrılıb.

Bundan başqa, ötən il Fondun xətti ilə 170 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 7 milyon manat güzəştli kredit ayrılıb.

Hesabat dövründə Fond ümumilikdə 5 722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verib.

Chosen
21
1
report.az

2Sources