EN

Zurabişvili də “yumurta atəşi”nə düşdü

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransından qayıdarkən Tbilisi beynəlxalq hava limanında yumurta atıb.

Publika.az xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.

“Zurabişvili bu yaxınlarda Münhen Konfransından qayıdanda bir qrup şəxsin hədəfinə çevrilib. Zurabişviliyə Tbilisi hava limanında yumurta atıblar”, – telekanal bildirib.

Ötən gün naməlum şəxslər Tbilisi beynəlxalq hava limanında sabiq baş nazir Qaxariyaya yumurta atıblar. O da Münhendən qayıdırdı. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Chosen
11
3
publika.az

8Sources