“Qalatasaray” “Çaykur Rizəspor”u səfərdə 2-1 hesabı ilə məğlub edərək Super Liqa tarixinə düşüb. Metbuat.az xəbər verir ki, “Qalatasaray” Super Liqada ilk 23 matçın 20-də qalib gələn ilk komanda olub. Qeyd edək ki, “Qalatasaray” Viktor Osimhenin qolları ilə 2:1 hesablı qələbə qazanıb. Klub, bu mövsüm 23 matçda 20-ci qələbəsini qazanıb. Bu mövsüm Super Liqada keçirdiyi 11 səfər oyununun 10-da qalib gələn “Qalatasaray”, liqa tarixində 91 faizlə bir mövsümdə səfərdə ən yüksək qalibiyyət faizinə malik komandadır. Qeyd edək ki, 23 turdan sonra 63 xal toplayan “Qalatasaray” birinci yerdə qərarlaşıb. 6 xal az toplayan “Fənərbaxça” isə ikinci yerdədir.