EN

Azərbaycan yığması məğlubiyyətlə başladı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz Şimali İrlandiya yığması ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya seçməsinə qarşı keçirəcək.

Chosen
76
11
futbolpress.az

10Sources