EN

Dünya Kubokunda çıxış edəcək təmsilçilərimiz müəyyənləşib

Azərbaycanı Almaniyanın Kotbus şəhərində təşkil olunacaq Dünya Kubokunda təmsil edəcək idman gimnastları müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəmizi beynəlxalq turnirdə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi altında Rəsul Əhmədzadə, Nikita Simonov, İvan Tixonov, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva təmsil edəcək.

Rza Əliyev, Əhməd Ağayev və Anjella Abdullayeva isə hakim kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Dünya Kuboku fevralın 20-23-də baş tutacaq.

Gimnastika hakimlərimiz yeni kateqoriyaya yüksəliblər

Dünya Kubokunda iştirak edəcək gimnastlarımız müəyyənləşib

Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə master klass keçiriləcək

Dünya kubokunda iştirak edəcək gimnastlarımız bəlli olub

Avropa Gimnastikasının rəsmisi Bakıda seminar keçib

Chosen
90
7
apasport.az

10Sources