EN

Ermənilər tərəfindən Azərbaycana ümumilikdə 100 milyard manatdan artıq maddi ziyan vurulub

Bakı. Trend:

Xəbər verildiyi kimi, Ermənistanın hərbitəcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması vəaparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma,habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorlaələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlərtörətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarıArayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan,Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olancinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-dədavam etdirilib.

Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, CamalRamazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim GünelSəmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərinhər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçünvəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi,onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamınımüdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adındanzərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri RüfətMəmmədov iştirak ediblər.

Məhkəmə iclasında qeyd edilib ki, təcavüzkar müharibənəticəsində mülki infrastruktura Birinci Qarabağ müharibəsi vəsonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründəümumilikdə 5,2 milyard manatdan artıq məbləğdə maddi ziyanvurulub.

Təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının mülkiinfrastrukturuna, iqtisadiyyatına, ekologiyasına, müdafiəarsenalına və digər sahələr üzrə Azərbaycan Respublikasınaümumilikdə 100 milyard manatdan artıq maddi ziyan vurulub.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Chosen
35
49
az.trend.az

10Sources