EN

Rusiya-ABŞ danışıqları başa çatdı

Ər-Riyadda Rusiya-ABŞ danışıqları pis keçməyib, tərəflər bir-birlərinin maraqlarını nəzərə almaqda razılığa gəliblər.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov söyləyib.

O, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş danışıqların yekunlarına dair bildirib ki, Rusiya və ABŞ mövqelərin yaxınlaşdırılmasının mümkünlüyünü müzakirə ediblər, lakin hələ ki, konkret irəliləyiş barədə danışmaq tezdir. Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentlərinin görüşünün vaxtı hələ ki müəyyən olunmayıb, ancaq bu mövzu müzakirə edilib: “Vladimir Putin və Donald Tramp arasında mümkün görüşün gələn həftə baş tutması ehtimalı azdır”.

Chosen
16
8
publika.az

8Sources