EN

Paytaxtda sənaye istehsalı 5% azalıb

Ötən il Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 53,2 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 5,2% azdır.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 75,9%-i mədənçıxarma, 20,9%-i emal, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

“Sənayedə qeyri-dövlət sektorunun payı 82,8% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1% təşkil edib”, - məlumatda qeyd olunur.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2025-ci il vəziyyətinə 342,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,2 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Chosen
35
4
apa.az

5Sources