2025-ci ilin yanvar ayında Azərbaycanda 236.2 kq qızıl, 375.8 kq isə gümüş istehsal edilib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər veririk ki, ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 88.5%, gümüş istehsalı isə 32.6% artıb.
Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.
// APress.az