EN

Ukrayna Rusiyanın iri neft emalı zavodunu vurdu

Vətəninfo.az xəbər verir ki, Ukraynanın pilotsuz təyyarələri Samara vilayətindəki Sızran neft emalı zavoduna hücum edib, regionun qubernatoru Vyaçeslav Fedorişev bildirib.

“Müəssisənin ərazisində operativ və təcili xidmətlər fəaliyyət göstərir”. “İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur”, – o Telegram-da yazıb.

Rusiyanın Teleqram kanalları yerli sakinlərə istinadən neft emalı zavodunda partlayışlar və yanğın olduğunu bildirib.

Qeyd olunur ki, yanğınsöndürənlər hələ də hadisə yerində işləyirlər.

Chosen
38
veteninfo.az

1Sources