Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında vacib matç keçirilir.
Dəqiq desək, 3-cü pillədəki “İmişli” 4-cü sıradakı “Zaqatala”nı qəbul edir. Komandalar arasındakı xal fərqinin 3-ə bərabər olması, təbii ki, görüşün prinsipiallığını artırır.
İş orasındadı ki, saat 14.00-da start götürəcəyi gözlənilən oyun 14.30-da başlayıb.
PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevin “Football-plus.az”a verdiyi məlumata görə, yubanmanın səbəbi dövlət tədbiriylə bağlıdı.
KƏNAN BAHADIR