RU

“İmişli” – “Zaqatala” matçı niyə vaxtında başlamadı? – rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında vacib matç keçirilir.

Dəqiq desək, 3-cü pillədəki “İmişli” 4-cü sıradakı “Zaqatala”nı qəbul edir. Komandalar arasındakı xal fərqinin 3-ə bərabər olması, təbii ki, görüşün prinsipiallığını artırır.

İş orasındadı ki, saat 14.00-da start götürəcəyi gözlənilən oyun 14.30-da başlayıb.

PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevin “Football-plus.az”a verdiyi məlumata görə, yubanmanın səbəbi dövlət tədbiriylə bağlıdı.

KƏNAN BAHADIR

Избранный
14
football-plus.az

1Источники