EN

Qazaxıstanın FHN işçilərinə “Əməkdaşlığa görə” döş nişanları təqdim edildi – FOTOLAR

25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi ilə bağlı aparılan qəza-xilasetmə əməliyyatında iştirakına görə Qazaxıstan Respublikasının (QR) Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşı Azərbaycan Respublikası fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov tərəfindən “Əməkdaşlığa görə” döş nişanı ilə təltif edilmişlər.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, döş nişanlarının təqdim edilməsi üçün fevral ayının 18-də Manqistau Vilayət Administrasiyasının binasında vilayət akiminin, müavinlərinin, QR FHN-nin vilayət departamentinin rəisinin, müavinlərinin, Aktau şəhər merinin, QR DİN-nin vilayət departamentinin rəisinin, müavinlərinin, KİV nümayəndələrinin və digər rəsmilərin iştirakı ilə tədbir keçirilmişdir. Keçirilmiş tədbirdə baş konsul Ayxan Süleymanlı iştirakçılar qarşısında çıxış etmişdir.

A.Süleymanlı öz çıxışında Qazaxıstan tərəfinin baş vermiş faciəyə həssaslıq nümayiş etdirdiyini, qəza baş verdikdən sonra dərhal axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik nümayiş olunduğunu, xəsarət alanlara və yaralananlara təxirəsalınmaz tibbi yardım göstərildiyini, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin nəşlərinin ölkəmizə gətirilməsində, o cümlədən hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyini qeyd etmişdir.

Baş konsul tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hadisə baş verən gün vilayət rəhbərliyi tərəfindən baş konsulluğun divarı önünə bir neçə masa qoyulmuş, üzərinə gül çələngləri düzülmüş, konsulluğun divarına qazax dilində şüarlar yazılmış, ətrafda yaşayan qonşular təmənnasız ehsan məqsədi ilə müəyyən təamlar bişirib baş konsulluğa göndərmişdir.

Xüsusi olaraq qeyd etmişdir ki, yaralılara qan vermək üçün yerli sakinlərin xəstəxanaya axın edərək könüllü qan vermiş, canıyananlıq etmişlər. Vurğulamışdır ki,  çətin gündə ancaq qardaş xalq bunu edə bilərdi.

A.Süleymanlı çıxışının sonunda faciə zamanı göstərilmiş köməyə görə dövlətimiz və xalqımız adından, şəxsən öz adından Manqistau vilayətinin akimi Nurdaulet Kilıbaya, vilayətin güc strukturlarının rəhbərlərinə, əməkdaşlarına, tibb işçilərinə, hadisə zamanı ürəkdən yardım edən qardaş qazax xalqının nümayəndələrinə dərin təşəkkürünü bildirmiş və azərbaycan xalqı qardaş qazax xalqının bu canıyananlığını heç vaxt unutmayacağını diqqətə çatdırmışdır.

Sonra baş konsul qəzaya uğramış təyyarəmizin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq, canıyananlıq nümayiş etdirmiş QR FHN-nin əməkdaşlarına döş nişanlarını təqdim etmiş, onları təbrik etmiş və xatirə şəkili çəkdirmişdir.

Chosen
22
3
konkret.az

10Sources