EN

Qarabağ və Şərqi Zəngəzurda yeni kiçik sahibkarlıq subyektlərinin sayı 35 % artıb

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 23 yeni kiçik sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müayisədə 35,3 % çoxdur.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 5,7 %-i və yaxud 12 026-sı mikro sahibkarlıq subyeki olub.

Bu, əvvəlki ilin sonuna nisbətən 2 317 vahid və yaxud 23,9 % çoxdur.

Hesabat tarixinə kiçik sahibkarlıq subyektlərinin 73 %-i və yaxud 87 82-si Bakıda fəaliyyət göstərib. Bu, illik müqayisədə 29,4 % çoxdur. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 197 (8,2 % çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 51 (15,9 % çox) kiçik sahibkarlıq subyekti olub.

Chosen
20
3
report.az

10Sources