EN

“Ukraynadakı döyüş meydanına qoşun göndərməyəcəyik” - Makron

“Ukraynadakı

Fransa Ukraynaya quru qoşunlarını göndərmək niyyətində deyil.

Reyting.az
xəbər verir ki, belə bir açıqlama ilə ölkə prezidenti Emmanuel Makron çıxış edib.

“Parisdə 2024-cü ildə keçirilən sammitdə demişdim ki, biz strateji qeyri-müəyyənliyi bərpa etməliyik. Mən heç vaxt Fransanın quru qoşunları göndərəcəyini deməmişəm. Bu gün Fransa quru qoşunlarını Ukraynaya göndərməyə hazırlaşmır. Biz təhlükəsizlik təminatlarına baxırıq. Bu strateji qeyri-müəyyənlik Donald Trampın prezident seçilməsinin mahiyyət etibarilə gətirib çıxardığı şeydir”,- deyə Makron əlavə edib.

Fransa prezidenti deyib ki, Ukraynada sadə atəşkəs heç bir şəkildə münaqişəni həll etməyəcək. Onun sözlərinə görə, Ukraynaya ərazi məsələlərini həll edəcək, təhlükəsizlik zəmanətlərini təmin edəcək və uzunmüddətli iqtisadi, sosial və siyasi sabitliyə şərait yaradan tam və hərtərəfli sülh lazımdır.

Makron bildirib ki, Rusiyanın yeni təcavüzü qarşısında Ukraynanın uzunmüddətli perspektivdə necə müdafiə oluna biləcəyi ilə bağlı bir sıra variantlar var. Onların arasında Ukraynanın yenidən silahlanması, Ukraynanı möhkəmləndirmək və gücləndirmək üçün qeyri-münaqişə zonalarına ekspertlərin və ya hətta qoşunların göndərilməsi var: “Məsələn, britaniyalılarla və nəhayət, NATO-ya qoşulmaq barədə düşündüyümüz də məhz budur. Danışıqlarda son variant olaraq, BMT mandatı altında sülhməramlı əməliyyat keçirməyə qərar verə bilərik ki, bu, cəbhə xəttində olacaq”.

Eyni zamanda, Makron deyib ki, o, Rusiya prezidenti Putinlə “qarşıdan gələn danışıqlar dövrünün uyğun anında” telefon danışığı aparmağa hazırdır.

E. KAMAL
Chosen
15
reyting.az

1Sources