EN

Rusiyalı deputat: Çoxqütblülüyün güclənməsinə gətirib çıxaran prosesləri müşahidə etməkdəyik

Parlamentlər arasında əməkdaşlıq qarşılıqlı hörmət və etimada əsaslanmalıdır.

"Report" xəbər verir ki, bununla bağlı Rusiya Federal Məclisin Federasiya Şurasının üzvü Qennadiy Ordenov Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyası çərcivəsində Sosial və mədəni məslələr daimi komitəsinin Milli Məclisdə keçirilən iclasında danışıb.

O qeyd edib ki, AP çərçivəsində 40-dan çox parlamentari arasında aparılan danışıqlar ölkələr arasında etimadı artıra bilər:

"Biz çoxqütblüyün güclənməsinə gətirib çıxaran prosesləri müşahidə etməkdəyik. Asiya Parlament Assambleyasının bu proseslərə töhfə verməsi mühümdür. Biz yeni çağırış və təhdidlərin tərəflər arasında konsolidasiyanı zəruri etdiyini başa düşürük".

O vurğulayıb ki, Rusiya APA çərçivəsində əməkdaşlığı alqışlayır:

"Ötən il Moskvada keçirilən görüşün nəticəsində Rusiyanın təşəbbüskar olduğu qətnamə layihəsi və bir sıra qərarlar qəbul edildi. Rusiya bu kimi təşəbbüsləri dəstəkləyir".

Chosen
19
1
report.az

2Sources