“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” ilə cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Maraqlı, mürəkkəb, çətin oyun. Biz yaxşı hazırlaşmağa və oyunçularımızı bərpa etməyə çalışırıq. Fikrimiz bundan ibarətdir ki, bu qəbildən olan qarşıdurmanın bütün çətinliklərini nəzərə alaraq, İngiltərədə baş tutmuş elə, həmin oyunu da tərtib edək. Madriddə, bütün 90 dəqiqəni başdanbaşa oynayacağımız oyun baş tutacaq”, deyə Ançelotti vurğulayıb.
İtalyan mütəxəssis “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola haqda qənaətini də bir daha açıqlayıb:
“Mən qarşımda Qvardiolanı görməkdən yorulub-usanmışam. Mən onu əvvəlki tək, fantastik məşqçi hesab edirəm, amma ona qarşı oynamaqdan bezmişəm. Amma onu müşahidə etmək həmişə xoşdur”, – “Eurosport” dərgisi Ançelottidən sitat gətirir.
“Real” – “Mançester Siti” oyunu bu gün, fevralın 19-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (20 fevral) başladacaq.
Xatırladaq ki, səfərdə keçirilmiş ilk oyunda “Real” “şəhərlilər” üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.