EN

“Bakı Metropoliteni” nazirə məxsus olduğu deyilən şirkətdən 990 minlik avadanlıq alır

“Bakı Metropoliteni” QSC “Bestcomp Group” şirkəti ilə satınalma müqaviləsi bağlayıb. 

Valyuta.az xəbər verir ki, müqavilədə “Bakı Metropoliteni” QSC üçün server və server avadanlıqlarının satın alınması nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 990 702,04 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Bestcomp Group" QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.

Şirkətin sahibi kimi isə fövəqladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Bu barədə Kəmaləddin Heydərovun biznesi haqqında yazılan araşdırma materiallarında bildirilir.

Hüseyn

Chosen
101
6
valyuta.az

7Sources