“Rusiya Federasiyası Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır. Moskva bu danışıqlardan, eləcə də Avropa ilə dialoqdan heç vaxt imtina etməyib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt Peterburqda jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Avropalılar özləri Moskva ilə əlaqəni kəsiblər:
“Və Kiyev nəinki danışıqlardan qaçdı, hətta Rusiya Federasiyası ilə danışıqları da qadağan etdi. Rusiya Federasiyası və ABŞ-dan diplomatların qovulması heç də yaxşı heç nəyə gətirib çıxarmır”.
Bizim.Media