17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) üzvü Tunar Muradov Qazaxıstana qarşı keçirilmiş görüşün ən yaxşısı seçilib.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Belarusun paytaxtı Minskdə təşkil olunmuş İnkişaf Kuboku çərçivəsində keçirilmiş Azərbaycan – Qazaxıstan görüşünün ən yaxşı oyunçusu Tunar Muradov seçilib. Millimizin 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Muradova təşkilatçılar tərəfindən qol saatı hədiyyə olunub.
Xatırladaq ki, qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş İran yığması ilə matçın (1:0) ən yaxşısı da qapıçımız Elbrus Kərimov olmuşdu.
