EN

Arvadının saç düzümünü bəyənmədi, bərbərin qolunu sındırdı

Rusiyanın Sevastopol şəhər sakini arvadının saç düzümünə görə bərbərin qolunu sındırıb. AzPost MK-ya istinadla xəbər verir ki, bu barədə şəhər polisi məlumat verib.

Belə ki, müştərinin imicini dəyişməsi 43 yaşlı qadın bərbərin ağır xəsarət almasına səbəb olub. Evində içki içdiyi bildirilən 31 yaşlı kişi həyat yoldaşının yeni saç düzümünü bəyənməyib. “Stilistin” olduğu ünvanı biləndən sonra onun evinə gedib. Məlumata görə, narazı Sevastopol sakini qalmaqal yaradaraq qadının qolunu buruyub. Zərərçəkmiş bir neçə sınıq xəsarəti alıb.

Müştərinin aqressiv əri həbs edilib və cinayət işi açılıb. Günahı sübuta yetirilsə onu üç ilə qədər həbs gözləyir. Qeyd olunur ki, kişi, günahını etiraf edib və peşman olduğunu bildirib.

Chosen
71
4
azpost.info

5Sources