İlon Maskın Amerika şirkəti SpaceX-in Falcon 9 raketinin bir hissəsinə oxşar olan naməlum obyekt səhər saatlarında Polşanın Poznan şəhəri yaxınlığındakı Komorniki kəndinə düşüb.
Bu barədə "Polsat News" portalı məlumat yayıb.
KİV-in məlumatına görə, obyektin uzunluğu təqribən 1,5 m-dir, folqa ilə bükülmüşdür və hissənin ortasından boru uzanır. Polis hadisə yerindədir və ərazi mühasirəyə alınıb. Pirotexniklər də işləyir.
Hadisə ilə bağlı Polşa Kosmik Agentliyi məlumatlandırılıb.