Portuqaliya yığmasının və"Əl-Nəsr" klubunun futbolçusu Kristiano Ronaldonun təyyarəsi İngiltərənin Mançester şəhərində problemlə üzləşib.

Offsideplus.az xəbər verir ki, Bombardier Global Express 6500 hava gəmisi fevralın 14-də bu şəhərə eniş edib. Lakin sonradan kabinanın şüşəsində çat aşkarlanıb. Bu səbəbdən təyyarənin Mançesteri tərk etməsinə icazə verilməyib. 

Hazırda mühəndislər təyyarəni saz vəziyyətə gətirmək üçün lazımi detalları gözləyirlər.

Kristiano Ronaldonun da Mançesterə gəlib-gəlməməsi məlum deyil. Ümumiyyətlə, təyyarənin hansı məqsədlə İngiltərəyə uçması bilinmir.

Qeyd edək ki, 40 yaşl portuqaliyalı ulduz 2003-2009 və 2021-2022-ci iilərdə "Mançester Yunayted"in formasını geyinib.