EN

“Sumqayıt” özbəkistanlı futbolçu TRANSFER ETDİ

2024/25 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Bizim.Media xəbər verir ki, "kimyaçılar" son olaraq Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. 

27 yaşlı hücumçu komandada “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub. Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
104
44
bizim.media

10Sources