"Ukrayna ilə Rusiya arasındakı müharibənin ən çox bitməsini istəyən tərəf bizik. Ancaq o demək deyil ki, biz ədalətsiz sülhə boyun əyməliyik. Ukrayna dövləti və xalqı ədalətli və daimi sülh istəyir"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Kiyevə gələn ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşdən sonra deyib.
O bildirib ki, Kelloqla Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün mümkün həll yolları ətrafında müzakirə aparıblar: "Onu cəbhə xəttində baş verən hadisələrlə bağlı məlumatlandırdım. Müharibənin bitməsini ən çox istəyənin Ukrayna olduğunu bir daha xüsusi vurğuladım. Bəli, müharibənin bitməsini ən çox istəyən ukraynalılardır. Amma biz hər zaman dediyuimiz kimi, daimi sülhün ədalətli həllə söykənməsini istəyir və buna çalışırıq. Ukrayna əsla ərazisini güzəştə getməyəcək. Ukraynasız da heç bir qüvvə Ukrayna haqqında qərar verə bilməz".
Lamiyə Əhmədli
MİA.AZ