Co Baydenin ABŞ prezidenti kimi daha bir il qalması qaçılmaz olaraq III Dünya Müharibəsinə gətirib çıxaracaqdı.
Publika.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı bildirib.
“Üçüncü dünya müharibəsinin heç kimə faydası yoxdur və siz bundan o qədər də uzaq deyildiniz. Bir il də o idarəçiliyimiz olsaydı, III Dünya Müharibəsində olardınız. Amma bu, indi baş verməyəcək”, - deyə Tramp söz verib.
Tramp qeyd edib ki, o, bütün planetdə münaqişələrin həlli və hərbi əməliyyatların dayandırılması istiqamətində sürətlə irəliləyir. O, “sülh istədiyini” və Ukrayna və Yaxın Şərqdəki münaqişələrə son qoymaq niyyətində olduğunu vurğulayıb.