EN

Şəhidin oğlu silahdan açılan atəş nəticəsində öldü

Masallı sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb.

 

Hadisə Masallı rayonunun Qarğalıq kəndində baş verib.

 

İlkin məlumata görə, kənd sakini Ayxan Əzizov qonşusunun evində odlu silahla ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində ölüb.

 

Qeyd edək ki, Ayxan Əzizov Azərbaycan Ordusunun giziri, şəhid Elvin Əzizovun oğludur. Elvin Əzizov Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

 

APA

Tarix: 20 Fevral 2025, 12:05   
Chosen
18
12
pravda.az

10Sources