EN

İran təşkilatından Azərbaycan saytlarına hücum- Bu sözləri yazdılar - Foto

"Global" Media Qrupuna haker hücumu olub..

Poliqon Musavat.com-a istinadən xəbər verir ki, media qrupuna daxil olan saytlara giriş məhdudlaşıb.

Report İnformasiya agentliyin əsas səhifəsində isə "Azərbaycan İslam Müqavimət hərəkatı", Hüseynçilər, "Tezliklə" sözləri yazılıb.

Onu da qeyd edək ki, Hüseynçilər — Azərbaycanı İslam Respublikasına çevirmək məqsədi daşıyan  şiə islamçı antihökumət və terror təşkilatıdır. Təşkilat İran tərəfindən maliyyələşdirilir və dəstəklənir.

Poliqon.info

Chosen
13
7
poliqon.info

9Sources