Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, ilk dəfədir yeni formatda keçirilən yarışın püşkatması zamanı 1/8 final mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşəcək. Eyni zamanda 1/4 və yarımfinal mərhələləri üçün potensial cütlüklər bilinəcək. Mərasimdən öncə ÇL-də yarışan 16 komanda "səpələnmişlər" və "səpələnməmişlər"ə ayrılıb. "Səpələnmişlər" (əsas mərhələdə 1-8-ci yeri tutanlar): "Arsenal", "Aston Villa", "Atletiko", "Bayer", "Barselona", "İnter", "Liverpul", "Lill" "Səpələnməmişlər" (1/16 finalı adlayanlar): "Bavariya", "Benfika", "Borissiya" D., "Brügge", PSV, PSJ, "Real", "Feyenoord" Artıq 1/8 final mərhələsində hər komandanın 2 potensial rəqibi məlum olub. 1/8 finalın potensial cütlükləri ARSENAL - potensial rəqiblər "Feyenoord" və ya PSV ASTON VİLLA - potensial rəqiblər "Brügge" və "Borussiya" D. ATLETİKO - potensial rəqiblər "Bavariya" və "Real" BARSELONA - potensial rəqiblər "Benfika" və ya PSJ İNTER - potensial rəqiblər "Feyenoord" və ya PSV BAYER - potensial rəqiblər "Bavariya və ya "Real" LİLL - potensial rəqiblər "Brügge" və ya PSJ LİVERPUL - potensial rəqiblər "Benftika" və ya PSJ BAVARİYA - potensial rəqiblər "Atletiko" və ya "Bayer" BENFİKA - potensial rəqiblər "Barselona" və ya "Liverpul" BRÜGGGE - potensial rəqiblər "Aston Villa" və ya "Lill" BORUSSİYA D. - potensial rəqiblər "Aston Villa" və ya "Lill" FEYENOORD - potensial rəqiblər "Arsenal" və ya "İnter" PSJ - potensial rəqiblər "Barselona"və ya "Liverpul" PSV - potensial rəqiblər "Arsenal" və "İnter" REAL MADRİD - potensial rəqiblər "Atletiko" və ya "Bayer" Püşkatma Bakı vaxtı ilə saat 15-də başlanacaq.
1/8 final mərhələsinin oyunları 4-5 mart və 11-12 martda keçiriləcək. Çempionlar Liqasının finalı mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.