Robin Van Persi Niderland Erediviziyasında klubunu dəyişməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, "Feyenoord" rəhbərliyi niderlandlı mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyir. Klub "Mançester Yunayted"in sabiq məşqçisi Rene Hakeni Van Persinin köməkçisi vəzifəsinə təyin etməyi də planlaşdırır. 

Qeyd edək ki, 41 yaşlı baş məşqçi hazırda "Herenven"i çalışdırır. Komanda turnir cədvəlində 9-cu yerdə qərarlaşıb. "Feyenoord" isə 4-cüdür.