EN

Biləsuvarda növbəti qanvermə aksiyası keçirilib

Biləsuvarda rayon icra hakimiyyətinin təşkilatçılığı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin dəstəyi ilə Biləsuvar Rayon Ailə Sağlamlıq Mərkəzində növbəti qanvermə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiya, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə təşkil olunub.

Qanvermə aksiyasında Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də rayon sakinləri fəal iştirak ediblər.

Aksiya çərçivəsində Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının tibbi personalı birgə fəaliyyət göstərərək, könüllü donorların sağlamlıq vəziyyətini öncədən yoxlayıb. Müayinə prosesində donorların ümumi sağlamlıq durumu, qan təzyiqi və hemoqlobin səviyyəsi diqqətlə nəzərdən keçirilib. Tibb mütəxəssisləri tərəfindən təsdiqlənən donorlar qanvermə prosesinə cəlb olunublar.

Chosen
3
1
ikisahil.az

3Sources