EN

Pasiyentləri yerə yıxan psixoloq nə deyir? – Açıqlama gəldi

Son günlər sosial şəbəkələrdə “Azerina” adı ilə tanınan "life coach" və psixoloq Əfsanə Qasımlının keçirdiyi seanslardan görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan videolarda pasiyentlərin xüsusi geyimlərdə olduğu, seans zamanı bədənlərinin titrədiyi, ağladığı və hətta yerə yıxıldığı əks olunub. Bu qeyri-adi terapiya metodlarının insanlara psixoloji zədələrindən qurtulmağa kömək etdiyi iddia edilsə də, sosial mediada görüntülər birmənalı qarşılanmayıb və mübahisələrə yol açıb.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Əfsanə Qasımlı sosial media hesabında açıqlama yayaraq yayılan videoların onun hüquqlarını pozduğunu bildirib. O, bu videoların kontekstdən çıxarıldığını və böhtan xarakteri daşıdığını vurğulayaraq hüquqi addımlar atacağını açıqlayıb:

"Haqqımda əsassız məlumatlar yayaraq, mənim icazəm olmadan videolarımı paylaşan hər kəs qanun qarşısında cavab verəcək. Artıq vəkilim vasitəsilə dövlət qurumlarına və müvafiq təşkilatlara müraciət etmişəm. Seansda iştirak edən şəxslərin təhqir edilməsi və hüquqlarının pozulması ilə bağlı da tədbirlər görüləcək."

O, dünyada bu tip terapiya üsullarının mövcud olduğunu və vizuallaşdırma, səhnələşdirmə metodları ilə insanların keçmiş travmalarından qurtulmasına kömək etdiyini bildirib.

Bütün bu hadisələr fonunda Əfsanə Qasımlının fəaliyyəti barədə cəmiyyətin reaksiyası birmənalı deyil. Onun seanslarını dəstəkləyənlər olduğu kimi, qeyri-etik və elmi əsaslara söykənməyən metodlardan istifadə etdiyini iddia edənlər də az deyil. İndi isə məsələnin hüquqi müstəvidə necə davam edəcəyi maraq doğurur.


Telegram kanalımız
Chosen
36
yenisabah.az

1Sources