İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, Qalib Bəşirovun idarə etdiyi "Ford" markalı avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Hadisənin duman səbəbindən baş verdiyi bildirilir.
Qeyd edək ki, Q.Bəşirov Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin direktorudur.
Bizim.Media