Bakı. Trend:
Son dörd ilin əsas çağırışlarından biri tarixi Zəfərimizinyaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdəbərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramınauyğun olaraq soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarınaqayıdışıdır. Qısa zamanda görülən işlərin miqyası olduqca genişdir.2022-ci ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinə başlananqayıdış hazırda beş şəhərin- Füzuli, Laçın, Şuşa, Xocalı vəCəbrayılın, 4 kəndin-Ağalı, Talış, Zabux və Susun sakinlərinəqovuşması ilə davam edir. Hazırda bu istiqamətdə görülən işlərinmiqyası tezliklə bu sırada yeni ünvanların yer alacağına böyükəminlik yaradır. Dövlətimizin başçısı İlham Əliyev hələ ötən ilinyanvarında yerli televiziya kanallarına müsahibəsində 2024-cü ililə yanaşı, 2025-ci ildə də sakinlərinə qovuşacaq şəhərlərinadlarını açıqlamışdı. 2024-cü ildə 1400-dən artıq ailə Laçın,Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabuxvə Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü.Ağdam, Qubadlı, Zəngilan şəhərlərinə qayıdış 2025-ci ildə nəzərdətutulub.
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanınfevralın 18-də Ağdam rayonuna səfərləri çərçivəsində bu torpaqdaaparılan işlərlə tanışlıq, həmçinin açılışında iştirak etdiklərisosial obyektlər tezliklə Ağdam şəhərinin müasir şəhərsalmastandartlarına uyğun yenidən qurulması ilə yanaşı, tezlikləçal-çağırlı günlərinin qayıdışına da əminlik yaradır. Davamlısəfərlərin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoymamərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu ərazilərin müasirdövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütünzəruri addımlar atılır. Ən əsası azad Qarabağda və Şərqi Zəngəzurdayeni idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentinşəxsi nümayəndəsinin təyin edilməsi işlərin səmərəliliyinin təminedilməsində əhəmiyyətli rol oynayır. Həmçinin şəhər və kəndlər Başplan əsasında bərpa edilir. “Ağıllı şəhər” və “ağıllı kənd”layihələrinin uğurlu icrası şəhər və kəndlərimizin müasir simasındaözünün aydın ifadəsini tapır. Ağdam şəhəri ilk “ağıllı şəhər”olacaq. Azərbaycan bu ərazilərdə görülən işlərin fonunda dünyayamüasir şəhərsalmanın təkmil modelini təqdim edir.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadəaçıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ağdam və Zəngilan şəhərlərindəAzərbaycan Milli Şəhərsalma forumları keçirildi.
"Hər iki tədbirin iştirakçılarının say tərkibinə diqqətyetirdikdə bu forumlara marağın nə qədər böyük olduğunu görürük.Belə tədbirlər işğaldan azad edilmiş ərazilərimizdə ermənilərintörətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə təqdimatında birplatformaya çevrilib. Bu torpaqlar erməni vandallığınınşahidləridir. Dövlət başçısı İlham Əliyev 2022-ci ildə BMT-ninMəskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikası DövlətŞəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADAUniversitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən “Dayanıqlıİnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi – postmünaqişədövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusundaAzərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında ermənilərin 30illik işğal dövründə törətdikləri vəhşiliklərdən, dağıntılardangeniş bəhs edərək bu reallığı xüsusi qeyd etmişdir ki, Ağdamdagördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz.Dövlət başçısı İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurundirçəlməsinə xidmət edən addımları sırasında bu mühüm sənədi dəqeyd etmək istərdik ki, fevralın 20-də Prezident İlham Əliyev“Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksininyaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Qarabağtarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xantərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktlarıntəbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə Ağdam şəhərində“İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır. NazirlərKabinetinə “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və MuzeyKompleksinə daxil ediləcək digər dövlət əmlakının MədəniyyətNazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görmək,Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələbolunan zəruri xərclərin maliyyələşdirilməsinin AzərbaycanRespublikasının dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdətutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməktapşırılıb", - o deyib.
Vüqar Rəhimzadə vurğulayıb ki, son dörd ildə azad edilmişərazilərdə görülən işlər bu torpaqların sahibinin Azərbaycan xalqıolduğunu təsdiqləməklə yanaşı, böyük qurucu xalq olduğumuzu danümayiş etdirir.
"Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxiliimkanları hesabına həyata keçirir. Böyük Qayıdışla bağlı qəbuledilən Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərinaçılması göstərir ki, Azərbaycan xalqı öz soy-kökünə və doğmatorpaqlarına bağlıdır. Prezident İlham Əliyevin bu rayonlara hərbir səfəri xeyli sayda kəndlərin təməlqoyma mərasimlərininkeçirilməsi ilə diqqətdə olur. İrimiqyaslı infrastrukturlayihələrinin icrası, enerji ilə təchizata diqqətin artırılmasımərhələli, plan üzrə davam etdirilir. Səkkiz ayda inşa olunanFüzuli, ondan sonra istifadəyə verilən Zəngilan Beynəlxalq Havalimanlarının inşası Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılanhava qapısı olmaqla turizmin inkişafına önəmli töhfələrdir. Bu ilistifadəyə verilməsi nəzərdə tutulan Laçın Beynəlxalq HavaLimanının inşası ilə bu imkanlar daha da genişlənəcək.
Fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərinvə infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olanPrezident İlham Əliyev kənd sakinləri ilə görüşündə də bureallıqlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, Ballıca vəyüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azadolunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələliyollarla, öz gücümüzlə edirik. Öz gücümüzə, Azərbaycan xalqınınimkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuqişləri qısa müddət ərzində aparılır. Ballıca kəndi bərpa etdiyimizvə keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni,bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıqburada 500-ə yaxın insan yaşayır. Bu gün bölgəni, bu yerlərigörməyən balaca uşaqlar, gənclər həvəslə qayıdırlar, işləyirlər,qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksəkmənəvi keyfiyyətlərə malik olduğunu göstərir", - deputat əlavəedib.
Milli Məclisin deputatı bir daha diqqəti 2023-cü ilinsentyabrında həyata keçirilən bir günlük lokal antiterrortədbirləri nəticəsində ərazilərimizin separatçılardantəmizlənməsinə, bu torpaqlarda Azərbaycan Bayrağının ucaldılmasınayönəldərək bildirib ki, suverenliyimizin bərpasından ötən qısamüddətdə, 8 ay ərzində görülən işlər nəticəsində Xocalı şəhəri ilksakinlərini qarşıladı: "Ötən ilin 28 May-Müstəqillik Gününə təsadüfedən bu qürurverici hadisədən öncə, fevralın 26-da Xocalı şəhərindəXocalı faciəsinin 32-ci ildönümü qeyd olundu. Dövlət başçısı İlhamƏliyev həmin səfər çərçivəsində Xocalı Soyqırımı Memorialınıntəməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.Mərasim iştirakçıları ilə görüşündə Prezident İlham Əliyev buçağırışı etdi ki, otuz iki ildən sonra biz Azərbaycanın hər birguşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətəninövladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütüntorpaqlarda geniş quruculuq işləri gedir".
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin fevralın 19-da Xankəndişəhərinə səfəri zamanı görülən işlərlə tanışlığından da bəhs edərəkvurğulayıb ki, ölkə Prezidenti Xankəndi şəhərində əsaslı təmir vəbərpadan sonra “Bulud” hotelinin açılışında iştirak etdi.
"Həmçinin Zəfər parkının təməlqoyma mərasimi oldu.Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikiilə də tanış oldu. Təkcə bir səfər çərçivəsində görülən işlərinmiqyası ümumilikdə aparılan bərpa-quruculuq işlərinin aydınmənzərəsini yaradır. Onu da qeyd edək ki, Xankəndi şəhəri də yaxınzamanlarda sakinlərinə qovuşacaq şəhərlərimiz sırasındadır.
Qarabağın və Şərqi Zəngəzurun bərpasının prioritetliyi dövlətbüdcəsindən ayırmalarda da öz təsdiqini tapır. 2025-ci il də daxilolmaqla 2020-ci ildən başlayaraq dövlət büdcəsindən bərpa-quruculuqişlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Görülən işlərinhazırkı miqyası gələcək barədə aydın təsəvvür yaradır", - V.Rəhimzadə qeyd edib.